ABŞ dörd ölkənin rəsmilərinə viza qadağası qoyub
ABŞ hökuməti Latın Amerikasının dörd ölkəsinin bəzi rəsmi şəxslərinə müvafiq viza məhdudiyyətləri tətbiq edib.
hadiseler.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqot məlumat verib.
Məhdudiyyətlər korrupsiya və narkotik qaçaqmalçılığı ilə əlaqədə şübhəli bilinən 12 Boliviya, 2 Kolumbiya, 1 Peru və 2 Ekvador vətəndaşına şamil olunub. Sanksiya tətbiq edilənlər arasında keçmiş və hazırkı prokurorlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və hakimlər yer alır.
Dövlət Departamenti, həmçinin bu şəxslərin əvvəllər verilmiş ABŞ vizalarının da ləğv ediləcəyini açıqlayıb.
No Comment! Be the first one.