Tramp “Super İntellekt” haqqında fərman imzaladı
ABŞ Prezidenti Donald Tramp Süni İntellektin adının rəsmən “Super İntellekt” olaraq dəyişdirilməsi barədə Fərman imzalayacağını bəyan edib. Həmçinin vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi üçün süni intellekt əsasında vahid rəqəmsal platformanın yaradılması haqqında sərəncam imzalayıb.
hadiseler.info xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Amerikanın aparıcı texnologiya korporasiyalarının nümayəndələri ilə görüşündə bildirib.
Ağ Ev rəhbəri çıxışında deyib: “O, süni deyil və biz hamımız bununla razıyıq. Biz onun adını rəsmən “Super İntellekt” olaraq dəyişdirəcəyik”.
Texnologiyanın dövlət tərəfindən tənzimlənməsi imkanlarına toxunan Tramp bu sahədə “özünü tənzimləmə” prinsipinin tətbiq olunacağını qeyd edib.
Xatırladaq ki, bu ayın əvvəlində Tramp “süni intellekt” terminini bəyənmədiyini bildirmiş və üç alternativ variant təklif etmişdi: “Ali intellekt”, “Ekstremal intellekt” və ya “Super intellekt”. ABŞ Prezidentinin fikrincə, bu adlar sürətlə inkişaf edən texnoloji inqilabı daha dəqiq ifadə edir. Bəyanatdan dərhal sonra ABŞ Dövlət Departamenti amerikalı diplomatlara rəsmi sənədlərdə süni intellekti “super intellekt” kimi adlandırmağı tapşırıb.
No Comment! Be the first one.