Filarmoniya parkında MEYİT TAPILDI
Bakının mərkəzində yerləşən parkda ölüm hadisəsi qeydə alınıb.
hadiseler.info xəbər verir ki, hadisə dünən saat 09 radələrində İstiqlaliyyət küçəsi 10 ünvanında yerləşən Filarmoniya parkında baş verib.
Parkda aşkar olunan və üzərində hər hansı zorakılıq əlamətləri görünməyən meyitin Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Nazim Xisro oğlu Quliyevə məxsus olduğu müəyyən edilib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
No Comment! Be the first one.