Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul edib
Milli Məclis 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib.
hadiseler.info xəbər verir ki, bəyanatın mətnini deputat Ramid Namazov səsləndirib.
Bəyanatda vurğulanır ki, 27 Sentyabr-Anım Günü sarsılmaz milli birliyimizin rəmzi olaraq böyük mənəvi və ictimai-siyasi əhəmiyyət daşıyır. Bu gün Azərbaycanın əzəli torpaqlarının işğalına son qoyulmasına, tarixi ədalətin bərpasına və dövlətimizin suveren hüquqlarının bütün ərazilərimizdə bərqərar olmasına gətirib çıxaran 3 illik Zəfər yürüşünün başlanğıcı olub.
Sənəddə qeyd olunur ki, 27 Sentyabrın Anım Günü elan edilməsi dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərə ehtiramın ifadəsidir. Milli Məclis Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsini ehtiramla yad edir, döyüş meydanlarında həyatını risqə atan əsgər və zabitlərimizə minnətdarlığını bildirir.
Bəyanat səsverməyə qoyularaq qəbul edilib.
No Comment! Be the first one.