Bolqarıstanda klub prezidenti güllələnərək öldürüldü
Bolqarıstanın “Botev” klubunun prezidenti və tanınmış iş adamı İliyan Filipov başından güllələnərək qətlə yetirilib.
hadiseler.info xəbər verir ki, hadisə dünən gecə Plovdiv şəhərində baş verib.
Ölkənin ən böyük nəqliyyat və tikinti şirkətlərindən birinin rəhbəri olan İ.Filipov açılan atəş nəticəsində baş nahiyəsindən ağır xəsarət alaraq dünyasını dəyişib.
Hazırda yerli hüquq-mühafizə orqanları cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat-istintaq tədbirləri həyata keçirir.
No Comment! Be the first one.