Deputat: “Təxribatçıların qarşısını almaq üçün birgə Təhqiqat Qrupları yaradılmalıdır”
Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Bəhruz Məhərrəmov Türkiyənin bəzi media resursları və sosial şəbəkələrində Azərbaycana qarşı aparılan qərəzli kampaniyalardan söz açıb.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, deputat bu hücumların Türkiyə dövlətinin və ya türk xalqının mövqeyini ifadə etmədiyini bildirib. O vurğulayıb ki, “Bir millət, iki dövlət” birliyinə kölgə salmağa çalışan bu təxribatların arxasında kənar kəşfiyyat şəbəkələri, daşnak qalıqları və anti-Azərbaycan mərkəzləri dayanır. B.Məhərrəmov bu cür təxribatların qarşısının alınması üçün Türkiyə ilə birgə parlament nəzarətində Təhqiqat Qruplarının formalaşdırılmasını və Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq informasiya cəbhəsində də sərt cəza tədbirlərinin görülməsini təklif edib.
Milli Məclisin Sədri Sahibə Qafarova isə deputatın fikirlərinə münasibət bildirərək, Türkiyədəki bu halların “sistemli şəkildə” baş verdiyi yanaşması ilə razılaşmadığını və Azərbaycan xalqı adından buna “sistemli” deməyin doğru olmadığını diqqətə çatdırıb.
No Comment! Be the first one.