İsrail XİN-dən təyyarə insidenti ilə bağlı rəsmi bəyanat: “Bu, terror cəhdi idi”
Dubaydan Təl-Əvivə uçan “FlyDubai” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində baş verən qanlı insident hədəfi israillilər, BƏƏ və “İbrahim sazişləri” olan terror cəhdi kimi qiymətləndirilir.
hadiseler.info xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) rəsmi açıqlama verib.
İsrail tərəfinin ilkin qiymətləndirmələrinə əsasən, pilotlardan biri çoxsaylı sərnişinin olduğu hava gəmisini qəsdən qəzaya uğratmağa cəhd edib. XİN-dən bildirilib ki, sərnişinlərin çevik reaksiyası və hadisə anında yüksək peşəkarlıq göstərən digər pilotun səyləri sayəsində dəhşətli fəlakətin qarşısı alınıb.
Açıklamada həmçinin vurğulanıb ki, törədilən təxribat İsrail ilə BƏƏ arasındakı diplomatik əlaqələrə və regiondakı sülh prosesinə mənfi təsir göstərə bilməz:
“Sülhü və normallaşmanı pozmağa çalışanlar regionun gələcəyini müəyyən etməyəcəklər. İsrail BƏƏ ilə münasibətləri yüksək qiymətləndirir və iki ölkə ilə xalqlar arasındakı əlaqələrin möhkəmləndirilməsinə tam sadiqdir”, – deyə bəyanatda qeyd olunur.
No Comment! Be the first one.