Prezident: “Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz”
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edən Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin illərdir yürütdüyü təxribatçı siyasət və Azərbaycan xalqına karşı hörmətsiz münasibətindən danışıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı əvvəlki Ermənistan rəhbərlərinin hərbi cinayətkar olduqlarını və layiq olduqları cəzanı çəkməli olduqlarını vurğulamaqla yanaşı, indiki iqtidarın da məsuliyyətini xatırladıb.
Ölkə rəhbəri bu məsələdə mövcud Ermənistan rəhbərliyinin də günahkar olduğunu diqqətə çatdıraraq bildirib:
“Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz. Halbuki əvvəlki Ermənistan rəhbərləri, onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər. Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi, Azərbaycan xalqını təhqir etməyə çalışırdı, yersiz və mədəniyyətsiz açıqlamalarla Azərbaycan xalqının heysiyyətinə toxunurdu”.
Prezident İlham Əliyev çıxışının sonunda “Bütün bunları biz heç vaxt unutmamalıyıq”, — deyə əlavə edib.
No Comment! Be the first one.