Prezident: “Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi”
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edən Prezident İlham Əliyev partiyanın təsis olunması və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən söz açıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı YAP-ın yaradılmasının və Heydər Əliyevin rəhbərliyə gəlməsinin bilavasitə xalqın istəyi və tələbi olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Ulu Öndərin siyasi irsinin və dövlətçilik xəttinin dəyişməz qaldığını diqqətə çatdıraraq bildirib:
“Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi. Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meylləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı. Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır – müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları”.
No Comment! Be the first one.