Prezident: “Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır”
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edən Prezident İlham Əliyev ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və ordunun inkişaf etdirilməsi məsələlərinə toxunub.
hadiseler.info xəbər verir ki, dövlət başçısı Azərbaycanın şanlı Zəfər qazandığını və hazırda Ermənistanla aktiv münaqişənin olmadığını xatırladıb.
Prezident İlham Əliyev hərbi gücün artırılmasının nə üçün zəruri olduğuna aydınlıq gətirərək bildirib:
“Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib”.
No Comment! Be the first one.