Latviyada parlament seçkiləri keçirilir
Oktyabrın 3-də Latviyada növbəti parlament seçkiləri keçirilir.
hadiseler.info xəbər verir ki, səsvermənin ilkin nəticələrinin şənbə günü axşam, yekun rəsmi nəticələrin isə bazar günü elan ediləcəyi gözlənilir.
İctimai rəy sorğuları və proqnozlara əsasən, seçkilərdə ən çox səsi Latviyanın Baş naziri Andris Kulberqsin başçılıq etdiyi “Birləşmiş Siyahı” bloku toplaya bilər. Sorğulara görə, 9,4 faiz səslə “Suveren hakimiyyət və Latviya gəncləri alyansı” qrupu ikinci, “Latviya birinci” partiyası isə 9,2 faiz göstərici ilə üçüncü sırada qərarlaşıb.
No Comment! Be the first one.