Yaponiyada adada 8 nəfər itkin düşüb
Yaponiyanın Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb.
hadiseler.info xəbər verir ki, bu barədə Yaponiya mediası ölkənin Sahil Mühafizə Xidmətinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, dayvinqlə məşğul olan şəxslər səhər saat 11:00 radələrində suya dalmağa başlayıblar. Onların plan üzrə saat 18:00 radələrində suyun səthinə çıxması nəzərdə tutulurdu. İtkin düşənlərin 7-sinin dalğıc, 1-nin isə təlimatçı olduğu qeyd edilir.
Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
No Comment! Be the first one.