Manatın məzənnəsi yüksəlib — Son göstəricilər
Azərbaycan manatının xarici valyutalara nisbətən nominal və real effektiv məzənnələrində artım dinamikası qeydə alınıb.
hadiseler.info xəbər verir ki, bu il sentyabrın 1-nə manatın nominal effektiv məzənnəsi 104.9 bənd təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 2.4 bənd, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2.2 bənd çoxdur.
Hesabat dövründə manatın real effektiv məzənnəsi isə 115.7 bənd səviyyəsində qərarlaşıb. Bu göstərici aylıq müqayisədə 0.3 bənd, ilin əvvəlinə nisbətən 0.1 bənd azalsa da, ötən ilin sentyabrın 1-i ilə müqayisədə 1.1 bənd artım nümayiş etdirib.
No Comment! Be the first one.