Yüksək dağlıq ərazilərə qar yağır – Ölkə ərazisində faktiki hava şəraiti
Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir, bəzi ərazilərdə yağıntılar leysan xarakterlidir.
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında, həmçinin respublikanın əksər rayonlarında arabir yağış yağır. Xınalıq, Qrız, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərinə isə qar yağmaqdadır.
Bakı və Abşeron yarımadasında 31 mm yağıntı düşüb ki, bu da aylıq normanın 110%-ni təşkil edir. Rayonlar üzrə ən çox yağıntı Qəbələ (72 mm – normanın 57%-i), Lənkəran (56 mm – normanın 22%-i) və Sarıbaşda (50 mm – normanın 41%-i) qeydə alınıb.
Bəzi bölgələrdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Neftçalada 23 m/s, Bakıda və Abşeronda 22 m/s, Şahdağda isə 20 m/s-dək güclənib.
No Comment! Be the first one.