Putindən Kadırovla bağlı mühüm tapşırıq
Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı ali hərbi rütbəsi verilib.
hadiseler.info xəbər verir ki, “Rosqvardiya”nın direktoru Viktor Zolotov Putinin fərmanını Kadırova çatdıraraq ona ordu generalının qızıl paqonlarını və tünd qırmızı beretini təqdim edib.
Zolotov qeyd edib ki, 3 gün əvvəl departament xüsusi təyinatlı qüvvələrinin yaradılmasının növbəti ildönümü münasibətilə xüsusi təyinatlıların ən vacib simvolu hesab edilən tünd qırmızı beret minnətdarlıq əlaməti olaraq Kadırova verilib.
Xatırladaq ki, Kadırov 2022-ci ildən general-polkovnik rütbəsini daşıyırdı. Ordu generalı Rusiya Silahlı Qüvvələrində de-fakto en yüksək hərbi rütbə hesab olunur. Tünd qırmızı beret isə “Rosqvardiya”nın xüsusi təyinatlı bölmələrində ən ali fərqlənmə rəmzidir.
No Comment! Be the first one.