ABŞ-də itkin düşən təyyarənin qalıqları tapıldı: 6 nəfər axtarılır
ABŞ-nin Sahil Mühafizəsi Massaçusets ştatının Nantaket adası yaxınlığında radarlardan itən təyyarənin qalıqlarını aşkarlayıb.
hadiseler.info xəbər verir ki, axtarış qrupları qəza yerini müəyyənləşdirərək tapılan qalıqların itkin düşmüş hava gəmisinə məxsus olduğunu təsdiqləyiblər.
Bermud adalarından Bostona hərəkət edən “Gulfstream G100” tipli aviasiya sanitar təyyarəsi ilə əlaqə oktyabrın 3-də səhər saatlarında kəsilib. Göyərtədə olduğu bildirilən altı nəfərin axtarış-xilasetmə tədbirləri davam etdirilir.
No Comment! Be the first one.