Fransada şagird etirazları şiddətlənir: 5 minə yaxın saxlanılan var- VİDEO
Fransada yuxarı sinif şagirdlərinin keçirdiyi kütləvi etiraz aksiyaları zamanı gərgin anlar yaşanıb.
hadiseler.info xarici mətbuata istinadən xəbər verir ki, etirazlar zamanı böyük izdihamın üzərlərinə doğru irəlilədiyini görən polis avtomobilləri ərazini tərk etmək məcburiyyətində qalıb.
Aksiyaların əsas səbəbi məktəblərdəki resurs və müəllim çatışmazlığı, siniflərin həddindən artıq sıxlığı və təhsil binalarının acınacaqlı vəziyyəti ilə bağlı narazılıqlardır.
Oktyabrın 3-nə olan məlumata görə, ölkə üzrə keçirilən nümayişlərdə 5 minə yaxın şəxs saxlanılıb, 600-dən çox polis əməkdaşı yaralanıb. İğtişaşlar və təhlükəsizlik riskləri səbəbindən 400-dən çox məktəb bağlanıb və ya blokadaya alınıb.
No Comment! Be the first one.