Əyləci xarab olan yük maşını 21 nəfərin həyatına son qoydu- VİDEO
Nigeriyanın Plato ştatında ağır və faciəvi yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xarici mətbuata istinadən xəbər verir ki, əyləc sistemi sıradan çıxan yük avtomobili idarəetməni itirərək mikrovtobus, motosiklet və “Hummer” markalı minik avtomobilinə çırpılıb.
Güclü zərbənin təsirindən “Hummer” markalı yolsuzluq avtomobili anidən alovlanıb. Nəticədə sərnişinlər yanan salonda sıxılıb qalaraq xilas ola bilməyiblər. Kütləvi qəza zamanı ümumilikdə 21 nəfər həyatını itirib.
İlkin ehtimallara görə, dəhşətli faciəyə ağırtonnajlı yük maşınının əyləc sistemində yaratdığı texniki nasazlıq səbəb olub.
No Comment! Be the first one.