Azərbaycan XİN Lesotonu təbrik edib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Lesoto Krallığının Müstəqillik Günü münasibətilə təbrik paylaşımı edib.
hadiseler.info xəbər verir ki, bu barədə nazirliyin rəsmi sosial şəbəkə hesablarında məlumat verilib.
Təbrik mesajında deyilir: “Lesotonun Milli Bayramı münasibətilə Lesoto Krallığının xalqına və Hökumətinə səmimi təbriklər! Milli Bayramınız mübarək!”
Xatırladaq ki, keçmiş adı Basutoland olan Lesoto Krallığı 1966-cı il oktyabrın 4-də Böyük Britaniyadan müstəqillik qazanaraq suveren dövlətə çevrilib.
No Comment! Be the first one.