Bakıda dünya çempionatı başladı: İlk gündə 4 cüdoçumuz tatamiyə çıxır
Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start verilir.
hadiseler.info xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək mundialın ilk günündə qadınlar arasında 48 kq, kişilər arasında isə 60 kq çəki dərəcələrində mübarizə aparılacaq.
Yarışın ilk günündə Azərbaycan millisinin dörd üzvü tatamiyə çıxacaq:
Şəfəq Həmidova (48 kq): 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə qarşılaşacaq.
Könül Əliyeva (48 kq): Mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Onun rəqibi Çili idmançısı Mari Di Varqas Ley olacaq.
Balabəy Ağayev (60 kq): 1/16 finalda Artsiom Kolasau (Belarus) – Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.
Əhməd Yusifov (60 kq): Baxrom Boturov (Özbəkistan) – Tumenjarqal Tuvşintur (Monqolustan) görüşünün qalibi ilə dörddəbir finala vəsiqə uğrunda mübarizə aparacaq.
Oktyabrın 11-dək davam edəcək dünya çempionatında 93 ölkədən 622 cüdoçu (335 kişi, 287 qadın) iştirak edir. Azərbaycan fərdi yarışlarda 13 çəki dərəcəsi üzrə 24 idmançı ilə (17 kişi, 7 qadın) təmsil olunur. Milli komandamız oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da gücünü sınayacaq.
No Comment! Be the first one.