Toral Bayramov öz qapısına qol vurdu- VİDEO
Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyə 1-ci liqasında idman mətbuatında müzakirə obyektinə çevrilən avtoqol müəllifi olub.
hadiseler.info xəbər verir ki, “Bursaspor”un formasını geyinən həmyerlimiz səfərdə “Antalyaspor”la keçirilən qarşılaşmada topu səhvən öz qapısından keçirib.
Gərgin mübarizə şəraitində keçən oyunun birinci hissəsinə əlavə olunmuş 6-cı dəqiqədə baş verən bu gözlənilməz epizod nəticəsində hesabı bərabərləşib – 1:1. Matç da elə bu hesabla yekunlaşıb.
Qarşılaşmaya start heyətində başlayan Azərbaycan millisinin üzvü matçın 79-cu dəqiqəsində əvəzlənib.
No Comment! Be the first one.