Azərbaycan millisi üçüncü dəfə dünya çempionu oldu
Azərbaycanın tamblinq üzrə milli komandası Çinin Nankin şəhərində keçirilən dünya çempionatında növbəti dəfə qızıl medala layiq görülüb.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Yarışda Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət yığmamız yüksək ustalığı ilə seçilib. Final mərhələsində inamlı çıxış nümayiş etdirən idmançılarımız dünya çempionu titulunu qoruyub saxlayıblar.
Bununla da Azərbaycan millisi tarixində üçüncü dəfə dünya çempionu adını qazanıb.
No Comment! Be the first one.