Yəməndə hökumət qüvvələri Sənaya hava zərbələri endirdi
Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə husilər arasında döyüşlər kəskinləşib.
hadiseler.info xəbər verir ki, hökumət qüvvələri husilərin nəzarətində olan paytaxt Sənadakı hərbi hədəflərə hava zərbələri endirib. “Al Jazeera” təşkilatına istinadən verilən məlumata görə, hərbi əməliyyatların intensivləşməsi nəticəsində bölgədə mülki əhali arasında köçkünlərin sayı sürətlə artmağa davam edir.
Qeyd edək ki, son həftələrdə tərəflər arasında toqquşmaların yenidən şiddətlənməsi minlərlə dinc sakinin təhlükəsiz ərazilərə köçmək məcburiyyətində qalmasına səbəb olub.
No Comment! Be the first one.