Tramp Özbəkistana səfər etmək niyyətindədir
ABŞ Prezidenti Donald Tramp Özbəkistana səfər etmək istədiyini bildirib.
hadiseler.info xəbər verir ki, bu barədə ABŞ prezidentinin qlobal tərəfdaşlıqlar üzrə xüsusi nümayəndəsi Paolo Zampolli “O‘zbekiston 24” telekanalına müsahibəsində məlumat verib.
P.Zampolinin sözlərinə görə, ABŞ liderinin prezident kimi iş qrafiki çox sıx olsa da, o, Özbəkistana səfər etmək arzusunda olduğunu şəxsən ifadə edib.
“Ümid edirik ki, bu səfər mümkün qədər tez bir zamanda baş tutacaq”, – deyə xüsusi nümayəndə vurğulayıb.
Səfərin konkret vaxtı və tarixi barədə hələlik rəsmi açıqlama verilməyib.
No Comment! Be the first one.