DSX əməliyyat keçirdi: Qanunsuz dövriyyədən narkotik və psixotrop həblər çıxarıldı
Azərbaycana narkotik vasitə və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” və “Horadiz” sərhəd dəstələrinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində:
Sentyabrın 30-da “Göytəpə” sərhəd dəstəsinin ərazisində ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə,
Oktyabrın 2-də “Horadiz” sərhəd dəstəsinin ərazisində 1160 ədəd psixotrop tərkibli “Pregabalin – 150” həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Aşkar olunmuş faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
No Comment! Be the first one.