Paşinyan saxlanılan Azərbaycan hərbçisindən danışdı: “Xəsarət alıb”
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zamanı saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevlə bağlı bəyanat verib.
hadiseler.info xəbər verir ki, Paşinyan hərbçinin saxlanılma zamanı xəsarət aldığını bildirib.
O, Azərbaycan əsgərinin saxlanılarkən heç bir müqavimət göstərmədiyini vurğulayıb və saxlanma kadrlarının yayımlanmamasının məhz bununla bağlı ola biləcəyini istisna etməyib. Baş nazir çəkilişin aparılıb-aparılmadığını dəqiqləşdirəcəyini və aidiyyəti qurumlardan saxlanılma kadrlarının yayımlanmasından çəkinməyi xahiş etdiyini etiraf edib.
Paşinyan çıxışında həmçinin baş verən hadisə ətrafında spekulyasiyalar aparanları tənqid edərək, bu cür hallar üzərindən bərqərar olmuş sülhü şübhə altına almağın yolverilməz olduğunu qeyd edib.
No Comment! Be the first one.