TFF Vinçentso Montella ilə yollarını ayırır
Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçentso Montella ilə müqaviləni ləğv etməyə hazırlaşır.
hadiseler.info xəbər verir ki, bu barədə “Milliyet” nəşri məlumat yayıb.
İtaliyalı mütəxəssisin aylıq maaşının 183 min avro olduğu və Federasiyanın ona 5 aylıq maaşı həcmində təzminat ödəyəcəyi bildirilir. Ayrılıq barədə qərarın yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında Türkiyə yığmasının baş məşqçisi vəzifəsinə təyin olunan Vinçentso Montellanı rəhbərliyi altında “Ay-ulduzlular” UEFA Millətlər Liqasında keçirdiyi 4 oyunun hamısında məğlubiyyətlə üzləşib (Fransa – 0:1, İtaliya – 1:4, 1:3, Belçika – 0:3).
No Comment! Be the first one.