Azərbaycanda hansı məhsulların oyuncaq sayılmayacağı bəlli oldu — Siyahı
Azərbaycanda təsdiqlənən yeni “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament”ə əsasən, bir sıra məhsul və vasitələr rəsmən oyuncaq kateqoriyasına aid edilməyəcək.
hadiseler.info xəbər verir ki, Baş nazir Əli Əsədovun imzalamadığı qərara əsasən, aşağıdakı məhsullar oyuncaq sayılmayacaq:
Yolka ağacı bəzəkləri, süni ağaclar və onların aksesuarları, elektrik çələngləri;
14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmayan, kolleksiya məqsədli miqyaslı modellər;
Uşaq meydançaları üçün nəzərdə tutulmuş avadanlıqlar;
İdman və sualtı avadanlıqlar;
14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmayan folklor və dekorativ kuklalar;
İctimai yerlərdə ümumi kullanım üçün quraşdırılmış “peşəkar” oyuncaqlar və oyun avtomatları;
500-dən çox parçadan ibarət pazllar;
Pnevmatik silahlar, katapultlar, atıcı qurğular və metal başlıqlı atıcı mərmilər;
Oyuncaqlar üçün şəbəkədən qidalanan transformatorlar və akkumulyatorlu batareyalar üçün şarj cihazları;
Tərkibində qızdırıcı elementlər olan, böyüklərin nəzarəti altında tədris prosesində istifadə olunan məhsullar;
Daxili yanma və ya buxar mühərrikləri olan uşaq nəqliyyat vasitələri;
Yollarda ümumi kullanım üçün nəzərdə tutulmuş velosipedlər;
24 V-dan yuxarı nominal gərginliklə işləyən oyunlar və oyuncaqlar;
Odlu silahların dəqiq surətləri;
Uşaqlar üçün bijüteriya;
Üzgüçülük cihazları (məsələn, qollara taxılan şişmə manjetlər);
Qoruyucu ləvazimatlar (üzgüçülük və gün eynəkləri, velosiped və skeytbord dəbilqələri);
Rezin qaytanla atılan uçan oyuncaqlar və uzadılmamış uzunluğu 1200 mm-dən çox olan atıcı yaylar;
Uşaqlar üçün lateks, rezin və silikon elastomerlərdən hazırlanmış sanitar məmulatlar.
Məlumat üçün bildirək ki, sözügedən qərar 6 aydan sonra rəsmən qüvvəyə minəcək.
No Comment! Be the first one.