Qaradağda 4 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI
Qaradağ rayonunda 4 nəfərin ölümü və 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
hadiseler.info xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb və müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, ağır qəza bu gün saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınıb. “Mercedes Atego” markalı (88-BG-741 dövlət qeydiyyat nişanlı) yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı dəmir maneəyə çırpılaraq aşıb. Faciəli hadisə zamanı 4 nəfər həyatını itirib, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
No Comment! Be the first one.