39 yaşında karyerasını başa vurdu
İspaniyalı tanınmış hücumçu Pedro Rodriges 39 yaşında peşəkar futbolçu karyerasını bitirdiyini elan edib.
hadiseler.info xəbər verir ki, bu barədə “Match TV” məlumat yayıb.
Təcrübəli futbolçunun son klubu bu ilin yayında ayrıldığı İtaliyanın “Latsio” komandası olub. Romalıların heyətində keçirdiyi 5 il ərzində Pedro 209 matçda meydana çıxıb, 39 qol vurub və 19 məhsuldar ötürmə edib.
Karyerası ərzində klub səviyyəsində ümumilikdə 794 oyuna çıxan ispan hücumçu 197 qol vurub və 113 məhsuldar ötürmə müəllifi olub. “Barselona”nın yetirməsi olan Pedro karyerası ərzində 3 Çempionlar Liqası kuboku da daxil olmaqla ümumilikdə 25 titul qazanıb. O, həmçinin “Çelsi” və “Roma” klublarının da şərəfini qoruyub.
No Comment! Be the first one.