Fransada etirazlar genişlənir: Məktəb işçilərinə uşaq bağçası əməkdaşları da qoşuldu
Fransada körpələr evi və uşaq bağçaları işçilərinin həmkarlar ittifaqları əmək şəraitinin yaxşılaşdırılması və əməkhaqqının artırılması tələbi ilə ümummilli tətilə qoşulublar.
hadiseler.info BFMTV-yə istinadən xəbər verir ki, Sent-Etyendə Jan-Jores meydanında təşkil olunacaq aksiya şəhərdəki 10 körpələr evinin fəaliyyətinə birbaşa təsir göstərəcək. Nəticədə müəssisələrin bir hissəsi fəaliyyətini tam dayandıracaq, böyük əksəriyyəti isə qısaldılmış rejimdə fəaliyyət göstərəcək.
Tətil təşəbbüsü 50-yə yaxın təşkilatı ətrafında birləşdirən “Pas de bébés à la consigne” kollektivi tərəfindən irəli sürülüb. Həmkarlar ittifaqları maaş cədvəllərinin yenilənməsi, iş şəraitinin yaxşılaşdırılması və təlim mərkəzlərinin yaradılması tələbi ilə hələ sentyabr ayında xəbərdarlıq etmişdilər.
Bəyanatda vurğulanır ki, sahədə kadr çatışmazlığı və işçi axını ciddi həddə çatıb və yerlərdəki işçilər üçün təcili tədbirlərin görülməsinə böyük ehtiyac var. Fransa hökuməti məktəbəqədər təhsil sistemini dəstəkləmək məqsədilə üç il üçün 90 milyon avroluq təcili yardım planı elan etsə də, həmkarlar ittifaqları bu məbləğin mövcud problemləri həll etmək üçün yetərsiz olduğunu bildirirlər.
No Comment! Be the first one.