Bakıda maşın qadını və azyaşlını vurdu – VİDEO
Bakıda biri azyaşlı olmaqla iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşları operativ müdaxilə edərək, xəsarət alan qadın və azyaşlını xidməti avtomobillə xəstəxanaya çatdırıblar.
Tibb müəssisəsində hər iki şəxsə təxirəsalınmaz tibbi yardım göstərilib və həyatları xilas edilib.
No Comment! Be the first one.