Zaur Kamal yeni verilişlə efirə qayıdır
Məşhur aparıcı Zaur Kamal yeni televiziya layihəsi üzərində çalışdığını bildirib.
Sosial şəbəkədə canlı yayım açan aparıcı fəaliyyəti və görünüşü ilə bağlı maraqlanan izləyicilərin suallarını cavablandırıb.
“Radioda və ARB TV-də işləyirəm. İşə gedib gəlirəm, maaşımı alıram. Yeni layihələr üzərində çalışırıq. Bəziləri niyə yanıb tökülür?! Hamı bizə baxır. Amma məşhurları həzm edə bilmir bəziləri. Evdə anası da, bacısı da bizə baxır. Botoks etmirəm. Edənlərə də pis baxmıram. Kişi kişi kimi görünməlidir”, — deyə o qeyd edib.
Televiziyaya qayıdışı ilə bağlı suala da toxunan Z.Kamal deyib: “Efirdəyəm, radioda çalışıram. Televiziyada isə hazırlaşıram. Qəşəng və fərqli layihə olacaq. Məni onda da bəyənəcəksiniz”.
Xatırladaq ki, onun təqdimatında yayımlanan “Həmin Zaur” proqramının yayımı ötən mövsüm dayandırılıb.
No Comment! Be the first one.