Səudiyyə Ərəbistanında iki hava limanına hücum: 3 ölü, 36 yaralı
Səudiyyə Ərəbistanının iki beynəlxalq hava limanına təşkil edilən hücumlar nəticəsində ölüm və xəsarət alanlar var.
hadiseler.info “TASS” -a istinadən xəbər verir ki, bu barədə Krallığın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, oktyabrın 6-sı və 7-də Abha Beynəlxalq Hava Limanına və Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına hücumlar olunub.
Abha beynəlxalq aeroportuna hücum nəticəsində Mərakeş və Əlcəzair vətəndaşı olan iki qadın həlak olub, 28 nəfər yaralanıb. Yaralananlar arasında Səudiyyə Ərəbistanı, Banqladeş və Filippin vətəndaşları var.
Ər-Riyaddakı Kral Xalid aeroportuna hücum zamanı isə Sudan vətəndaşı həlak olub, 8 nəfər (5 Səudiyyə Ərəbistanı, 2 Misir, 1 Pakistan vətəndaşı) xəsarət alıb.
Yaralıların vəziyyəti yüngüldən kritikə qədər qiymətləndirilir və xəstəxanalara yerləşdiriliblər. Həmçinin obyektlərə maddi ziyan dəydiyi bildirilir.
No Comment! Be the first one.