Rusiya ordusu Ukraynanı bombaladı: 1 ölü, 19 yaralı VAR
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye şəhərini idarəolunan aviasiya bombaları və PUA-larla hədəfə alıb.
hadiseler.info “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, hücum nəticəsində 1 nəfər həlak olub, 19 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri Mixailo Semikin bildirib ki, səhər saatlarında şəhərə 6 idarəolunan aviasiya bombası atılıb. Yaralananlar arasında 14 yaşlı yeniyetmə də var. Bütün zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, 3 nəfər (iki qadın və bir kişi) orta-ağır vəziyyətdə həkim nəzarətində saxlanılır.
Zərbələr nəticəsində çoxmərtəbəli yaşayış binası qismən dağılıb, 20-dən çox binaya və Uşaq və Gənclər Yaradıcılıq Sarayına ziyan dəyib. Bundan əlavə, FPV-dronun marşrut taksisinə hücumu nəticəsində daha 3 nəfər yaralanıb.
No Comment! Be the first one.