Samuxda 40 yaşlı kişi küçədə qonşusu tərəfindən bıçaqlandı
Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə rayonun Kolayr kəndində qeydə alınıb.
Kənd sakini, 1986-cı il təvəllüdlü Anar Mehdiyev küçədə bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri operativ tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin qonşusu, 1992-ci il təvəllüdlü Nəsib Qasımov saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.