Meksika həbsxanasında qanlı toqquşma: 10 ölü, 16 yaralı
Meksikanın Sinaloa ştatında yerləşən “El-Kastilyo” həbsxanasında qanlı toqquşmalar baş verib.
hadiseler.info xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həyatını itirib, daha 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Regionun İctimai Təhlükəsizlik Nazirliyinin məlumatına görə, ölənlərdən 9-u məhbus, 1-i isə müəssisəyə gələn ziyarətçidir.
Bütün yaralılar təcili olaraq xəstəxanalara yerləşdirilib. Hadisə yerinə qurumlararası xüsusi qrup cəlb olunaraq penitensiar müəssisə tam nəzarətə götürülüb. Səlahiyyətli şəxslər digər məhkumların təhlükəsizliyinin təmin edildiyini açıqlayıblar.
Ehtiyat tədbiri olaraq həbsxanaya olan bütün ziyarətlər müvəqqəti dayandırılıb. Faktla bağlı Ştatın Baş Prokurorluğu tərəfindən genişmiqyaslı təhqiqat aparılır.
No Comment! Be the first one.