AZAL-ın Moskva reysləri təxirə salınıb
Rusiya hava məkanındakı məhdudiyyətlər səbəbindən “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-Moskva istiqamətindəki uçuşlarında ciddi dəyişikliklər edilib.
hadiseler.info xəbər verir ki, oktyabrın 9-na planlaşdırılan Moskva reyslərinin icrası müvəqqəti olaraq təxirə salınıb.
Bakı-Moskva (Domodedovo) marşrutu üzrə J2-185 nömrəli reysi icra edən təyyarə Sankt-Peterburq şəhərinə məcburi eniş edib. Səmada təkrar məhdudiyyətlərin tətbiq olunması səbəbindən təyyarənin Bakıya qayıtması mümkün olmayıb. Eyni zamanda, Bakı-Moskva (Vnukovo) istiqamətindəki J2-805 nömrəli reys Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmalı olub.
Yaranmış zəncirvari məhdudiyyətlər nəticəsində həmin marşrutlar üzrə planlaşdırılan J2-186 və J2-806 nömrəli axşam reysləri də ləğv edilib.
AZAL-dan bildirilib ki, vəziyyət operativ izlənilir və sərnişinlərə lazımi dəstək göstərilir. Uçuşların və sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritetdir.
No Comment! Be the first one.