Şəki-Qax yolunda avtomobil ağaca çırpıldı, sürücü həlak oldu
Şəki rayonunda ölüm ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaca çırpıb. Qəza nəticəsində sürücü, 47 yaşlı Aftandil Mirzəyev aldığı ağır xəsarətlərdən olay yerində hayatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.