Yollarda duman olacaq: Sürücülərə XƏBƏRDARLIQ
Ölkə ərazisində dumanlı və yağıntılı hava şəraiti ilə bağlı magistral avtomobil yollarındakı son vəziyyət açıqlanıb.
hadiseler.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Xidmətin bildirdiyinə görə, oktyabrın 10-da ölkənin bəzi bölgələrində gözlənilən yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi 300–800 metrədək məhdudlaşacaq.
Sürücülərə yollarda diqqətli olmaq, sürət həddini gözləmək və təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə olunur.
No Comment! Be the first one.