İlham Əliyev Ramzan Kadırovu qəbul edib- FOTOLAR
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov ilə görüşüb.
hadiseler.info xəbər verir ki, görüş zamanı dövlət başçısı İlham Əliyev və Ramzan Kadırov xalqlarımız arasında tarixən mövcud olan qardaşlıq, dostluq və həmrəylik münasibətlərini yüksək qiymətləndiriblər. İlham Əliyev Çeçenistanın sürətli inkişafı, təhlükəsizliyin və sosial-iqtisadi rifahın möhkəmləndirilməsi istiqamətində qazanılan uğurları təbrik edərək, iki ölkə arasındakı müasir münasibətlərin əsasının Heydər Əliyev və Əhməd Kadırov tərəfindən qoyulduğunu xüsusi vurğulayıb.
Ramzan Kadırov səmimi qəbula görə təşəkkürünü bildirərək, 2024-cü ilin dekabrında baş vermiş Bakı-Qroznı təyyarə qəzası ilə bağlı bir daha dərin hüznlə başsağlığı verib, Qarabağ məsələsinin həlli münasibətilə Azərbaycan xalqını təbrik edib. Çeçenistan başçısı həmçinin Bakıda keçirilən cüdo üzrə dünya çempionatında idmançılarımızın qazandığı uğurları qeyd edərək idman sahəsində birgə əməkdaşlığın vacibliyinə toxunub. Görüş iki tərəf arasında qarşılıqlı ehtiram və xoş arzuların ifadə edilməsi ilə başa çatıb.








No Comment! Be the first one.