Kiyev metrosunun fəaliyyəti tam dayandırılıb
Ukraynanın paytaxtı Kiyev şəhərində raket hücumları nəticəsində yaranan enerji böhranı kütləvi nəqliyyatın fəaliyyətinə ciddi təsir vurub.
hadiseler.info xəbər verir ki, xarici enerji təchizatı mənbələrində gərginliyin kəsilməsi səbəbindən Kiyev metrosunda qatarların hərəkəti və eskalatorların fəaliyyəti müvəqqəti olaraq tam dayandırılıb.
Kiyev Şəhər Dövlət Administrasiyasının yaydığı rəsmi məlumatda bildirilir ki, yaranmış texniki nasazlıqlar və işıqların sönməsi birbaşa energetika obyektlərinə endirilən zərbələrlə bağlıdır. Metropolitenin fəaliyyətinin nə vaxt bərpa olunacağı barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, oktyabrın 10-da həyata keçirilən raket hücumları nəticəsində Kiyevin Cənubi Borşahivka yaşayış massivində elektrik enerjisinin verilişi tam kəsilib. Eyni zamanda, Kiyev vilayətinin Buça rayonunda da kritik infrastruktur obyektlərinin zədələnməsi səbəbindən işıqların verilişində qəza xarakterli kütləvi fasilələr qeydə alınmaqdadır.
No Comment! Be the first one.