Trampdan açıqlama: “Ukraynaya yeni prezident lazımdır”
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin Rusiya ilə münaqişəni başa çatdırmaq imkanlarından istifadə etmədiyini bildirib.
hadiseler.info xəbər verir ki, Tramp jurnalistlərin suallarını cavablandırarkən Ukraynanın yeni prezident seçməsinin vaxtı çatdığını vurğulayıb.
“Düşünürəm ki, Ukraynanın yeni prezidentə sahib olmasının vaxtı çatıb”, – deyə ABŞ lideri qeyd edib.
Tramp Ukraynaya razılaşma əldə etməyə qadir yeni lider tapmağı tövsiyə edəcəyini söyləyib. Onun sözlərinə görə, Zelenski dəfələrlə sülh razılaşması əldə edə bilərdi, lakin naməlum səbəblərdən bundan imtina edir.
ABŞ prezidenti həmçinin Zelenskinin ABŞ-yə və bütün dünyaya problem yaratdığını iddia edib. Trampın fikrincə, Ukrayna liderinin addımları Rusiyanın dünya bazarına böyük həcmdə dizel yanacağı tədarük etməsi fonunda amerikalı fermerlərə də çətinliklər yaradır.
No Comment! Be the first one.