Şəmkirdə 18 yaşlı gənc bıçaqlandı: Qardaşı şübhəli bilinir
Şəmkir rayonunda bıçaqlanma ilə nəticələnən ağır ailə münaqişəsi baş verib.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
İlkin məlumatlara görə, 2008-ci il təvəllüdlü Niyamədin Quliyev kəsici-deşici alətlə xəsarət alıb. Hadisəni zərərçəkənin öz qardaşı Xaləddin Quliyevin törətdiyi ehtimal edilir. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində geniş araşdırma başlanılıb və hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.
No Comment! Be the first one.