Çində axtarışda olan Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olundu
Çin Xalq Respublikasında axtarışda olan və ağır cinayətdə ittiham edilən Azərbaycan vətəndaşı ölkəmizə gətirilib.
hadiseler.info xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 2025-ci ildə Bakıda həyat yoldaşına bıçaqla xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan İbrahimov Rüstəm Hüseyn oğlunun yeri Çində müəyyən edilib və o, həbs olunub.
Azərbaycan ilə Çin arasında təslim etmə haqqında müqaviləyə əsasən aparılan danışıqlardan sonra onun ölkəmizə ekstradisiyasına razılıq verilib. Rüstəm İbrahimov oktyabrın 28-də Azərbaycana gətirilib və məhkəmənin qərarı ilə istintaq təcridxanasına yerləşdirilib.
No Comment! Be the first one.