Səudiyyə Ərəbistanında hava limanlarına ardıcıl hücumlar: 19 ölü
Səudiyyə Ərəbistanında bir həftə ərzində ölkənin beş hava limanına həyata keçirilən 10 hücum nəticəsində 19 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
hadiseler.info xəbər verir ki, hücumlara ən çox məruz qalan obyekti paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı olub. Baş verən ardıcıl insidentlər səbəbindən hava limanında uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.
Ərəb Koalisiyasının verdiyi məlumata görə, son hücum zamanı aeroportun 4-cü terminalındakı sərnişin salonuna naməlum mərmi düşüb və yanğın baş verib. Səudiyyə Ərəbistanının Baş Mülki Aviasiya İdarəsi yaralananların olduğunu təsdiqləyib. Hazırda dəymiş ziyanın qiymətləndirilməsi və obyektlərin təhlükəsizlik rejiminin yoxlanılması istiqamətində işlər davam etdirilir.
Hücumlar zamanı həyatını itirənlər arasında Səudiyyə Ərəbistanı ilə yanaşı Banqladeş, ABŞ, Misir, İordaniya, Suriya, Fələstin, Sudan, Mərakeş və Əlcəzair vətəndaşlarının olduğu bildirilir.
Bundan başqa, Dammamdakı Kral Fəhd beynəlxalq hava limanı iki dəfə hədəf alınıb. Eyni zamanda Əbha, Cəzan və Nəcran şəhərlərindəki hava limanlarına da hücumlar qeydə alınıb. Təkcə Əbha hava limanına edilən hücum nəticəsində 2 nəfər həlak olub, 28 nəfər xəsarət alıb.
No Comment! Be the first one.