Bu gün yağış yağacaq — HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində əsasən yağmursuz hava hakim olsa da, gündüz saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimal edilir.
hadiseler.info Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Abşeron yarımadasında havanın temperaturu gecə 15-18° isti, gündüz isə 21-26° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var.
Rayonlarda havanın temperaturu gecə 14-18° isti, gündüz 21-26° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 4-9° isti, gündüz 13-18° isti dərəcə arasında dəyişəcək.
No Comment! Be the first one.