Edamdan sağ çıxan qadın həbsxanaya qaytarıldı
ABŞ-nin Tennessi ştatında iki ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı Krista Payk xəstəxanadan buraxılaraq yenidən həbsxanaya qaytarılıb.
hadiseler.info xəbər verir ki, sentyabrın 30-da ceza çəkdiyi müəssisədə Krista Payka pentobarbital tərkibli iki iynə vurulub. Lakin edam cəhdi uğursuzluqla nəticələnib və vəziyyəti ağırlaşan məhkum təcili xəstəxanaya yerləşdirilib. Oktyabrın ilk həftəsində özünə gələn qadın oktyabrın 10-da yenidən həbsxanaya köçürülüb.
Krista Paykın vəkilləri onun səhhətində ağır fəsadların qaldığını, sətəlcəm, qollarında şişkinlik və udma çətinliyi yaşadığını bildiriblər. Müdafiə tərəfi uğursuz edam cəhdindən sonra ölüm hökmünün şərti azadlığa buraxılma imkanı olmadan ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsini tələb edir.
Tennessi rəsmiləri edam cəhdinin niyə uğursuz olduğunu və məhkumun yenidən edam edilib-edilməyəcəyini hələlik açıqlamayıblar.
Qeyd edək ki, Krista Payk 1996-cı ildə, 20 yaşında olarkən 19 yaşlı Kollen Slemmerin qətlində təqsirli bilinərək ölüm hökmünə məhkum edilib. O, Tennessi ştatında son iki əsrdən artıq müddətdə ölüm cəzası alan ilk qadın kimi tarixə düşüb.
No Comment! Be the first one.