Bu gün “44” bədii filminin təqdimatı keçiriləcək
Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Vətən müharibəsində xalqımızın göstərdiyi qəhrəmanlığa həsr olunan “44” bədii filminin təqdimatı baş tutacaq.
hadiseler.info “AZƏRTAC”a istinadən xəbər verir ki, ekran əsərinin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə və tarixi yaddaşın qorunub saxlanılmasına töhfə verməkdir. Bir kursantın gözü ilə təqdim olunan qəhrəmanlıq və məhəbbət dramında Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, türkiyəli həkim-ortoped Zeynəb Özdəmir və polkovnik Ramazan Kərimovun hekayəsi, sevgi və hərbi əməliyyatlar paralel şəkildə təsvir olunur.
Bakı Media Mərkəzi tərəfindən Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn filmin rejissorları İsmayıl Səfərəli və Maksim Smetana, ssenari müəllifi isə Anar Ələkbərovdur. Ekran əsərinin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşa ərazilərində aparılıb.
No Comment! Be the first one.