Ermənistanda general vəzifəsindən azad edildi
Ermənistan Silahlı Qüvvələrinin rəhbər heyətində kadr dəyişikliyi edilib.
hadiseler.info Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Xüsusi Ordu Korpusunun komandanının müavini Artsvik Qriqoryan tuturau vəzifədən uzaqlaşdırılıb.
Qərar Ermənistan Prezidentinin mətbuat xidməti tərəfindən açıqlanıb. Fərmana əsasən, Baş nazir Nikol Paşinyanın təklifi, eləcə də Ermənistan Konstitusiyası və “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun müvafiq maddələri rəhbər tutularaq Artsvik Qriqoryan vəzifəsindən azad olunub.
Qeyd edək ki, A.Qriqoryan bu vəzifəyə 2025-ci il oktyabrın 22-də təyin edilmişdi.
No Comment! Be the first one.